"Roma"nın yarımmüdafiəçisi Cengiz ünder karyerasını Almaniyada davam etdirə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, türkiyəli futbolçu "Bavariya"nın maraq dairəsinə düşüb.

Bu mövsüm əla çıxışı ilə diqqət çəkən 21 yaşlı oyunçunun keçidi üçün Bundesliqa çempionu artıq hərəkətə gəlib. Münhenlilər Aryen Robbeni məhz onun layiqincə əvəz edəcəyini düşünürlər. Bu üzdən "Bavariya" qarşı tərəfə 60 milyon avro təklif etməyə hazırlaşır.

Almaniya nəhəngi ilə yanaşı, "Arsenal" və "Mançester Siti" də gənc vingeri heyətlərinə qatmaq niyyətindədilər. "Roma" rəhbərliyi isə mövsümün sonunda onu astronomik məbləğə satmağın əleyhinə deyil.

Qeyd edək ki, Cengiz ünder bu mövsüm meydana çıxdığı 7 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest