Fransada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Liqa 1-in erkən başa çatdırılmasından sonra çempion elan olunan PSJ klubu bununla bağlı rəsmi açıqlama yayıb.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisinin sahibi Nasser El Xelaifi də klub saytına açıqlama verərək, 9-cu çempionluqla bağlı fikirlərini bölüşüb.
 
O, bu çempionluğu koronavirusla mübarizədə ön cəbhədə dayanan səhiyyə işçilərinə həsr etdiklərini bəyan edib:
 
"Mövsümün erkən başa çatdırılması qərarını anlayışla qarşılayırıq. çünki insanların sağlığı hər şeydən önəmlidi. Oyunçularımıza, texniki heyətə bu çempionluqdakı xidmətlərinə görə təşəkkürümü bildirirəm. ümid edirəm ki, bu zəfər çətin günlərdən keçən azarkeşlərimizə kiçik də olsa bir ümid və sevinc bəxş edəcək. Şərtlər imkan verəcəyi halda, bu çempionluğu mütləq bütün PSJ ailəsiylə qeyd etmək üçün səbrsizlənirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest