Cənubi Azərbaycanın futbol klubları oyunların keçirilməsini istəmir.
 
Matc.az xəbər verir ki, İranda 4 futbol klubu federasiyaya müraciət edərək, çempionatın davam etdirilməməsini tələb edib. Buna ölkədə koronavirus pandemiyasının yayılması səbəb göstərilib.
 
Cənubi Azərbaycan klublarından "Traktor", "Maşinsazi", həmçinin "Gol Gohar", "Nassayi" çempionatın ləğv olunmasının vacibliyini vurğulayaraq, meydana çıxmaq istəmədiklərini bəyan ediblər. Bəzi komandalar isə çempionatın qalan 10 oyununu keçirmək istəyir.
 
İran Futbol Federasiyası yaxın günlərdə çempionatla bağlı qərar verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest