"Barselona" "İnter"lə hücumçu Lautaro Martineslə bağlı danışıqları davam etdirir. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi futbolçu üçün 111 milyon avro ödəyə bilmir.

Məlumata görə, bunu nəzərə alan "İnter" rəhbərliyi  "Barselona"dan 90 milyon avro və Arturo Vidalla Antuan Qrizmannı ödənişsiz bir illik icarəyə götürməyi təklif edib. Ancaq "Barselona" bununla razılaşmayıb.

Qeyd edək ki, Martinesin müqaviləsində 111 milyon avro qarşılığında sərbət qalacağı qeyd olunub. Ancaq bu maddənin iyuna qədər qüvvədə olduğu bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest