"Tottenhem"in baş məşqçisi Joze Mourinyo koronavirus pandemiyası səbəbindən 2019-20 mövsümünün ləğvi ehtimalına münasibət bildirib. Matc.az xəbər verir ki, o, oyunların davam etməsindən yana olduğunu bidlirib:

"Əlbəttə, futbol üçün darıxıram, çünki o dünyamızın bir parçasıdır. Ancaq səbrli olmalıyıq, indi hamımızın iştirak etməli olduğu bir döyüş var. Mövsümü başa vursaq, hər kəs üçün yaxşı olar. Qarşılaşmaları azarkeşsiz oynasaq da, tamaşaçısız qalmayacağıq. çünki matçları canlı yayımdan milyonlarla insan izləyəcək".

Qeyd edək ki, Premyer Liqa martın 13-dən koronavirus səbəbindən yarımçıq saxlanılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest