Azərbaycan millisinin qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər. Matc.az "Vesti.kz"a istinadən xəbər verir ki, "Kaysar" klubu oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, komandanın baş məşqçisi Stoyço Mladenov qolkiper axtarışında olduqlarını təsdiqləyib. "Kaysar"ın namizədləri arasında Emil Balayevin də adı var. Onun haqda dərc olunan məqalədə millimizin üzvünün də Qazaxıstana qayıtma ehtimalı olduğu bildirilir.

Buna səbəb kimi isə komandanın avrokuboklarda çıxış etməsi göstərilib. Xəbərdə Emilin qiymətinin 950 min avro olduğu yazılıb.

Xatırladaq ki, Balayevin "Zirə" ilə müqaviləsi iyunun sonuna qədərdir. O, paytaxt təmsilçisinə Qazaxıstanın "Tobol" klubundan keçib.

Qeyd edək ki, "Kaysar" ötən mövsümü altıncı yerdə başa vursa da, ölkə kubokunu qazandığı üçün  ikinci təsnifat mərhələsindən Avroliqada oynamaq hüququ qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest