Futbol üzrə Kataloniya superkuboku koronavirus pandemiyasına görə bu il keçirilməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə Kataloniya Futbol Federasiyasının saytı məlumat yayıb.
 
Bu mövsüm kubok uğrunda "Barselona" və "Espanyol" mübarizə aparmalı idi. Lakin mövcud vəziyyətlə əlaqədar bu qarşılaşma ləğv olunub.
 
Qeyd edək ki, ötən mövsüm superkuboku "Barselona"ya 1:0 hesabı ilə qalib gələn "Jirona" qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest