Fransanın “Monako” klubunun futbolçusu Sesk Fabreqasın 95 yaşlı nənəsi koronavirusa qalib gəlib.
 
Matc.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi “İnstaqram” hesabında məlumat paylaşıb:
 
“Mənim nənəm-super qəhrəman 95 yaşında koronavirusa qalib gəldi. Təbii ki, o, bizim üçün həyatlarını fəda edən tibbi işçiləri və həkimlərin köməyi olmadan bunu bacara bilməzdi. Onların hamısına təşəkkür edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest