"Trabzonspor" klubunun ümumi borcu açıqlanıb. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, nəzarət qurumunun rəhbəri Mahmut ören bu barədə açıqlama verib.

O, mətbuat konfransında bu ayın əvvəlinə qədər olan qısamüddətli borcun 659 milyon 498 min 121 lirə, uzunmüddətli borcun isə 586 milyon 882 min 258 lirə olduğunu açıqlayıb. O, bu məbləğin 258 milyon 681 min 573 lirəsinin çıxıldığı və xalis borcun 987 milyon 698 min 806 lirə olduğunu bildirib. Bu isə 166,5 milyon avro deməkdi.

ören vəziyyətdən çıxış yolunu əcnəbilərlə vidalaşmaqda və yerli gənc futbolçulara güvənməkdə görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest