İngiltərənin "Tottenhem" klubu koronavirus pandemiyası səbəbiylə dayandırılan məşqlərinə start verir.
 
Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda, əsas komandanın aprelin 28-də məşqlərə başlayacağı bildirilib. Sosial məsafə qaydalarına riayət edilməklə, hər gün məhdud sayda futbolçu məşq edəcək.
 
Premyer Liqanın digər klubu "Arsenal" da məşqlərə başlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest