"Yuventus"un futbolçusu Kristiano Ronaldo Madeyrada qalacaq. Matc.az xəbər verir ki, 35 yaşlı ulduz oyunçunun sabah İtaliyaya qayıdacağı gözlənilirdi.

Məlumata görə, Ronaldo təhlükəsizlik şəraiti yaranana qədər ölkəsində qalmağa davam edəcək.  Ancaq mayda İtaliyada komandalar məşqləri bərpa etsə, o halda klub rəhbərliyi onu geri çağıracaq.

Qeyd edək ki, mayın 4-də İtaliyada karantinin qaldırılacağı və 18-də komandaların məşqlərə başlayacağı gözlənilir. Bununla yanaşı,14 iyun tarixinə qədər koronavirus səbəbiylə dayandırılan mövsüm yenidən başlamazsa, A seriyası vaxtınan əvvəl tamamlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest