"Barselona"nın yarımmüdafiəçisi Artur yayda klubu tərk edə bilər. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Yuventus" oyunçu ilə danışıqlara başlayıb.

Məlumata görə, Kataloniya klubu oyunçunu De Lixt transferində istifadə etmək istəyir. Belə ki, "Barselona" oyunçunun üstündə bəlli bir məbləğ verərək holandiyalını heyətinə qatmaq istəyir. Arturun Kataloniya təmsilçisi ilə müqaviləsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, 23 yaşlı oyunçu cari mövsümdə La Liqada 16 oyun keçirib və 3 qol vurub.      

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest