AFFA İntizam Komitəsi bu gün keçirilən ilcasında sərt qərarlar qəbul edib. Matç.az saytının məlumatına görə, qurum növbəti dəfə texniki məğlubiyyət cəzaları kəsib.

U-13 Liqasının "Təbriz" TİM – "Kəpəz" (Gəncə) görüşündə birincilərin heyətində lisenziyası olmayan futbolçu iştirak edib ki, bu, onların 0:3 hesablı texniki məğlubiyyətinə səbəb olub. Həmin liqanın "Sabirabad" – "Təhsil" RİM oyununda isə qonaq komanda komanda heyətində yetərsay olmadığından, eyni cəza ilə üzləşib.

Həmçinin U-12 Liqasının "Şirvan" – "Sabirabad" matçında ikincilərin heyətində yetərsay olmayıb və komandaya məğlubiyyət verilib.

U-16 Liqasının "İsgəndər Cavadov" BFA – ROİL oyununda ROİL, U-13 Qızlar Liqasının UGİM (Xaçmaz) – "Keşlə" matçında isə "Keşlə" iştirak etmədiyinə görə, 0:3 hesablı texniki məğlubiyyət alıb.

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının "Yasamal" FKB – "Standard" qarşılaşmasında isə "Yasamal" iştirak etməyib və onlara 0:5 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest