Dortmund "Borussiya"sı yarımmüdafiəçi Kristian Puluşiçlə yollarını ayıra bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 20 yaşlı futbolçu Avropa nəhənglərinin diqqət mərkəzindədi.

Konkret olaraq "Tottenhem", "çelsi" və PSJ 20 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədi. çoxsaylı təkliflər "Borussiya" rəhbərliyinin də əl-qolunu bağlayır. Bundesliqa təmsilçisi aparıcı futbolçusunu satmağa artıq razılıq verib. Dortmundlular mövsümün sonunda ABŞ millisinin üzvünü 80 milyon avroya satmağın əleyhinə deyil.

Qeyd edək ki, Kristian Puluşiçin "Borussiya" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest