İspaniyada bütün yarışların bərpa müddəti 2021-ci ilə qədər uzadıla bilər. Matc.az xəbər verir ki, bu barədə La Liqa prezidenti Xavier Tebas açıqlama verib.

Məlumata görə, qrum rəhbəri ölkədəki bütün idman turnirləri və tədbirlərinin ləğv edilməsinin istəndiyini bildirib. O, La Liqanın davam edəcəyi təqdirdə belə 2021-ci ilə qədər azarkeşsiz keçirilməsinin müzakirə olunduğunu qeyd edib.

Qeyd edək ki, İspaniya hökümətinin yarışların təxirə salma müddətini mayın 9-na qədər uzatması gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest