"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az "Sky Sports"a istinadən xəbər verir ki, "çelsi" braziliyalını heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, baş məşqçi Kike Setyenin planlarına daxil olmayan oyunçu İngiltərəyə yollanmağa müsbət yanaşır. Koutinyonun agentinin artıq London klubunun nümayəndələri ilə danışıqlara başladığı bildirilir. "çelsi" yarımmüdafiəçinin qiymətində "Barselona" ilə razılaşa bilməsə, oyunuçunu icarəyə götürə bilər.

Qeyd edək ki, braziliyalı icarə əsasında "Bavariya"da çıxış edir. Onun Almaniya klubu ilə müqaviləsi iyunun sonunda başa çatır. Münhen təmsilçisi Koutinyo ilə müqavilə bağlamayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest