"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams "qırmızı-qaralar"ın şərəfini qorumuş futbolçulardan ibarət ən yaxşı 11-liyi açıqlayıb

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams "qırmızı-qaralar"ın şərəfini qorumuş futbolçulardan ibarət ən yaxşı 11-liyi açıqlayıb.
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Arsenal"ın canlı əfsanəsinin rəmzi komandasında Dmitri Bezotosnı, Arif Daşdəmirov, Voyislav Stankoviç, Vitali Vernidub, Rikardinyo, Rəşad Sadiqov, Cavid Hüseynov, Aleksey Qay, Sergey Zenyov, Dodo və Aleksey Antonov yer alıb.
 
Qeyd edək ki, ingiltərəli mütəxəssis 2010-2011-ci illərdə "Qəbələ"ni çalışdırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest