İspaniyanın "Barselona" klubu "Nou Kamp" stadionunun adını dəyişməyə qərar verib.
 
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Klubun belə bir addımı atmasına koronavirus pandemiyası səbəb olub. Beləliklə, 2020/21 mövsümü üçün arenanın ad hüququ bunu istəyən sponsora veriləcək. Əldə olunan gəlir isə koronavirusla mübarizəyə xərclənəcək. Bununla da "Barselona"nın stadionuna tarixində ilk dəfə sponsor adı veriləcək.
 
Qeyd edək ki, "Nou Kamp" 1957-ci ildə istifadəyə verilib. Arena 99 min 354 azarkeş tutumuna malikdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest