İslandiya millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. Matç.az saytının məlumatına görə, "Qarabağ"ın qapıçısı Hannes Halldorsson da baş məşqçi Erik Hamrenin siyahısında yer alıb.

34 yaşlı qolkiper oktyabrın 11-də Fransa ilə yoldaşlıq görüşü, 15-də isə İsveçrə ilə Millətlər Liqası matçında komandasına kömək edə biləcək.

Qeyd edək ki, Hannes Halldorsson "Qarabağ"a bu ilin yayında keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest