"Milan"ın qapıçısı Canluici Donnarumma karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, futbolçunun xidmətində "Real" maraqlıdır.

Məlumata görə, Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan 21 yaşlı oyunçunun alınmasını istəyib. "Real"ın Donnarumma üçün "Milan"a 50 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Gənc qapıçı İtaliyadan ayrılmaq istəyir. Onun klubu ilə 2021-ci ilə qədər müqaviləsi var. Donnarumma "Milan"ın sözləşmə yeniləmə təklifinə müsbət cavab verməyib.

Qeyde dək ki, 21 yaşlı qolkiperlə "çelsi" və PSJ-nin də maraqlandığı iddia edilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest