AFFA milli komandanın baş məşqçisi barədə yekun qərarını verib. Matc.az "Milliyet"ə istinadən xəbər verir ki, yığmamız yenidən Robert Prosineçkiyə tapşırılır.

Məlumata görə, AFFA oktyabrda "Kayserispor"un baş məşqçisi ilə görüşsə də, razılıq əldə olunmayıb. Ancaq daha sonra tərəflər arasında yenidən danışıqlar başlayıb və ikinci görüş müsbət yekunlaşıb. Prosineçkinin də Azərbaycan qayıtmağa razı olduğu bildirilir.

"Kayserispor"un yaşadığı maliyyə problemləri və komandaya səviyyəli oyunçuların cəlb edilə bilməməsi xorvatiyalı mütəxəssisin ayrılmaq istəməsinə səbəb olub.  Artıq AFFA ilə Prosineçkinin razılaşdığı və Türkiyə çempionatı tamamlandıqdan sonra rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest