Almaniyanın II Bundesliqasında XVI tura yekun vurulub. Matç.az saytının məlumatına görə, qapanış oyununda "Proyssen" doğma azarkeşləri önündə Braunşveyq "Ayntraxt"ını qəbul edib.

Görüş ev sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Martin Kobilanskinin het-trik etdiyi qarşılaşmaya Dadaşov ehtiyatdan başlayıb. Yığmamızın üzvü yalnız 69-cu dəqiqədə - komandası 3:0 hesabı ilə öndə olarkən meydana daxil olub. Bundan sonra qol olmayıb və Münster klubu böyükhesablı qalibiyyətə sevinib.

Qeyd edək ki, xallarının sayını 29-a çatdıran "Proyssen" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest