İngiltərənin "çelsi" klubu futbolçularının məvacilərini azaldacaq.
 
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
London klubu, koronavirus pandemiyasının yaratdığı maddi itkilər səbəbiylə belə addım atır. Komanda üzvləri əvvəlcə məvaciblərinin azaldılmasına razı olmamışdılar. Klub rəhbərliyi ilə futbolçular arasında aparılan müzakirələrdən sonra sentyabr ayınadək məvaciblərin 10 faiz azaldılmasına qərar verilib. Komandanın baş məşqçisi Frenk Lempardın məvacibi isə 25 faiz azalacaq. Bu addım sayəsində klubun təxminən 10 milyon pound qənaət edəcəyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest