"Porto"nun müdafiəçisi Aleks Telles karyerasını Fransada davam etdirə bilər. Matc.az xəbər verir ki, futbolçu PSJ-nin maraq dairəsinə düşüb.

Məlumata görə, Telles Paris təmsilçisi ilə danışıqlara başlayıb. Tərəflərin razılığa gələcəkləri bildirilir. PSJ Telles üçün "Porto"ya 20-25 milyon avro ödəyəcək. Braziliyalı bu mövsüm 23 matçda iştirak edib və 8 qol vurub.

Qeyd edək ki, Telles 2014-15-ci illərdə "Qalatasaray"da çıxış edib

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest