"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç  La Liqanın gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, o, mövsüm başa çatmasa, çempionluğun Kataloniya klubuna verilməli olduğunu bildirib:

"Hamımız yenidən oynamaq və meydanda çempion olmaq istəyirik. Ancaq mövsüm bərpa olunmasa, "Barselona" qalib elan olunmalıdır. Əgər zirvədəyiksə, buna layiqik".

La Liqa koronavirus pandemiyası səbəbindən dayanıb. çempionat mayın sonu və ya iyunun əvvəlində davam edə bilər.

Qeyd edək ki, hazırda  "Barselona" "Real"ı 2 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq etdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest