İtaliya A seriyasının taleyini aprelin 22-də aydınlıq gələ bilər. Matc.az xəbər verir ki, qarşıdakı çərşənbə günü idman naziri Vinçentso Spadaforanın iştirakı ilə geniş tərkibdə videokonfrans keçiriləcək.

Tədbirdə futbol federasiyası, A və B seriyaları, Leqa Pro, Peşəkar Futbolçular Assosiasiyası, Futbol Hakimləri Assosiasiyası və İdman Həkimləri Federasiyası təmsil olunacaq. Müzakirələrdə koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün davam etdirilməsi və ya bərpa olunmadan başa çatdırılmasının məqsədəuyğunluğu barədə fikir mübadiləsi aparılacaq. Konfransda hər hansı yekun qərarın verilməsi də istisna deyil.

Qeyd edək ki, hazırkı duruma əsasən məşqlərin mayın 4-də, oyunların ayın sonunda bərpa olunması planlaşdırılır. Kubok matçları isə mayın 27-də və 31-də eyni stadionda təşkili nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest