Fransanın PSJ klubu koronavirusla mübarizədə Paris xəstəxanalarına yardım edib.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
PSJ klubu Paris xəstəxanalarında çalışan işçilərə pulsuz yemək paylayır. Belə ki, parislilər hər gün 60 maşınla 1200 nəfərlik pulsuz yemək çatdırır.
 
PSJ bu günə qədər 7 fərqli xəstəxanaya 5 min qabdan çox yemək paylayıb və bu rəqəm aksiyanın sonunda 25 minə çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest