Yaponiya çempionatında qalmaqal yaşanıb. Matç.az saytı xəbər verir ki, XXXIII turda baş tutan "Simidzu Palz" və "Vissel Kobe" arasında oyun futbolçuların kütləvi davası ilə əlamətdar olub.

Baş verənlərdə Andres İnyesta və Lukas Podolski kimi məşhurlar da iştirak edib. Dava hakimin final fitindən sonra başlayıb.

3:3 hesabı ilə başa çatan görüşdə "Vissel Kobe"nin qapıçısı Yuco Rokutanın qolu qalmaqala səbəb olub. O, matça əlavə olunan 14-cü dəqiqədə künc zərbəsindən hava ötürməsindən sonra bərabərlik qolunu vurub. Məhz bundan sonra meydanda ara qarışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest