Məlumata görə, iclasda Avroliqa və Çempionlar Liqası üçün yekun qərar verilməsi gözlənilir. UEFA ÇL finalının avqustun 29-da keçirilməsindən yanadır

UEFA avrokuboklarla bağlı növbəti dəfə toplanır. Matc.az xəbər verir ki, qrum aprelin 23-də keçirəcəyi konfransda mühüm qərarlar qəbul edəcək.

Məlumata görə, iclasda Avroliqa və çempionlar Liqası üçün yekun qərar verilməsi gözlənilir. UEFA çL finalının avqustun 29-da keçirilməsindən yanadır. 1/8 və 1/4 final görüşlərinin isə mini bir turnir şəklində oynanılması təklif ediləcək. Ehtimal olunur ki, komandalar bir görüşdən ibarət keçiriləcək yarışdan sonra finala vəsiqə qazana biləcəklər. Qarşılaşmaların iyul-avqust aylarında oynanılması planlaşdırılır.

Avroliqa üçün isə hələlik heç bir təklif yoxdur. UEFA ayın 23-də bu turinin gəlcəyi barədə müzakirələrə başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest