"Torino"nun hücumçusu Andrea Belotti mövsümün sonunda klubunu dəyişə bilər. Matc.az "Tuttosport"a istinadən xəbər verir ki, İtaliya millisinin oyunçusu "Napoli" və"Mançester Yunayted"in hədəfindədir.

Məlumata görə, Belottinin müqaviləsində 100 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. Hücumçunun klubu ilə 2022-ci ilə qədər müqaviləsi var. İtaliyalı forvardın "Milan"la da təmasda olduğu bildirilir.

Rəhbərlik oyunçunu satmaq istəməsə də, Belottinin getməsinə mane olmayacağı vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest