"Zirə"nin müdafiəçisi Anastasios Papazoğlunun ölkəsi Yunanıstan mətbuatına müsahibəsi

- Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir?

- İşlər Yunanıstandan daha sakitdir. Rəsmi olaraq elan olunan rəqəmlərdən işlərin o qədər pis olmadığını görürük. Ancaq həqiqətin nə olduğunu bilmirəm. Bu günə qədər 10 nəfərin öldüyü deyilir. Bunlar dövlətin açıqladığı rəsmi  məlumatdır.                                                                                                                                                       

- ölkədə xüsusi bir tədbir görülüb?

- Yunanıstanda və Avropanın əksər ölkələrində olduğu kimi, nəqliyyatda məhdudiyyətlər var. Məsələn, bütün dükanlar, kafelər və restoranlar bağlanıb. Yalnız banklar, apteklər və supermarketlər açıqdır. Artıq 15 gündür ki, tədbirlər gücləndirildi və hər şey bağlandı. Buna qədər belə deyildi.

- Virus əsasən İranda ciddi bir problem yaratdı. Azərbaycan bunun üçün əvvəlcədən hərəkətə keçdi?

- Xəstəlik İrandan gəldi. İnsanlar əvvəlcə onunla zarafat edirdi. Sonrada yayılmağa başladı. Bir neçə gündən sonra ölkə hərəkətə keçdi və sərhədlər bağlandı. Yenə deyirəm, əsl durumun necə olduğunu bilmirəm. Elan edilən rəqəmlərin doğru olub-olmadığından əmin deyiləm.

-Belə başa düşdük ki, hazırda orada vəziyyət gərgindir...

-Əlbətdə, vəziyyətin ciddiliyini başa düşdürük. Bakı çox inkişaf etmiş bir şəhərdir və gündə 24 saat işləyirlər. Tikinti heç vaxt dayanmır. Daim göydələnləri qaldırırlar və son vaxtlar əvvəlki dövrdəki kimi sürətlə işləmirlər. Demək olar ki, tikintini dayandırıblar.

-ümumiyyətlə, Bakı necə şəhərdir?                 

-çox zəngin bir şəhərdir. Yaşamaq üçün çoxlu pul lazımdır. Hər yerdə uca binalar var. Bakı Dubay olmaq niyyətindədir. Həqiqətən çox gözəl bir şəhərdir və görməyə dəyər. Əlbəttə bunun iki tərəfi var: çoxlu zənginlər olsa da, yoxsulluq da var. Hava limanından şəhər mərkəzinə gələnə qədər sağda və solda kasıb məhəllələrlə qarşılaşırsan. Buna görə ətrafa rəngli divarlar vururlar ki, mövcud yoxsulluğu görməyəsən.

- Azərbaycandan sənə təklif gələndə reaksiyan necə oldu?

- Dərhal xəritəyə baxdım. ölkənin harda olduğunu, kimlərlə sərhəddə yerləşdiyini nəzərdən keçirdim. Həyat yoldaşımla müzakirə etdikdən sonra "hə" dedim.

 - Hazırda dayandırılan Premyer Liqanın səviyyəsi necədir?

- Bəli, martın 12-dən dayandırılıb. Nə zaman bərpa ediləcəyini və bitəcəyini bilmirik. Azərbaycan çempionatı Kiprdən aşağı səviyyədədir. Orada da oynadığım üçün müqayisə apara bilərəm. çox güclü bir komandaları var - "Qarabağ". Hər il çempionlar Liqasında iştirak edir. Biz də avrokuboklara iddia edirik, amma çempionat hazırda dayandırılıb. Necə olacağını da bilmirik.

- Mövsümün sonunda müqaviləniz başa çatır?

- Bəli, bir illik müqaviləm var. Mövsüm başa çatanda nə olacağını bilmirəm. Sözləşməm mayın sonunda bitir. Ancaq hələlik nə olacağını bilmirik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest