Tamaşaçılar yalnız hər şey normala döndüyündə - sərhədlər açılanda və dövlətlərdəki karanti rejimi götürüldüyündə stadiona gələ biləcəklər. Bunun isə 2021-ci ilin martından tez olmayacağı bildirilir.

İtaliyada çempionatın azarkeşsiz keçiriləcəyi dəqiqdir. Matc.az "AS"a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən stadionlar boş qalacaq.

Məlumata görə, A Seriyasının mayın 31-də bərpa olunacağı gözlənilir. Ancaq oyunlar davam etsə də, trubunalar azarkeşlər üçün qapalı olacaq. Tamaşaçılar yalnız hər şey normala döndüyündə - sərhədlər açılanda və dövlətlərdəki karanti rejimi götürüldüyündə stadiona gələ biləcəklər. Bunun isə 2021-ci ilin martından tez olmayacağı bildirilir.

Qeyd edək ki, mövsüm 26-cı turdan sonra dayandırılıb. Turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest