Sabah çempionlar Liqasında V tura start veriləcək. Matç.az saytı xəbər verir ki, iki gün ərzində 8 qrupda 16 qarşılaşma keçiriləcək.

İlk oyun günündə E, F, G və H qruplarında çıxış edən komandalar meydana çıxacaq. E qrupunda 1/8 finala yüksəlmək üçün "Bavariya"ya 1 xal da kifayətdi. "Ayaks" isə ya özü qalib gəlməli, ya "Benfika"nın məğlubiyyətini gözləməlidi. Hər iki görüşün bərabərliklə bitməsi də Hollandiya klubunun lehinədi.

F qrupunda "Mançester Siti" heç-heçə, "Lion" isə qələbə ilə tur adlaya bilər. "Real" – "Roma" matçında qalib gələn komanda G qrupundan 1/8 finala yüksələcək. MOİK-in xal itkisi isə hər iki komandanı növbəti raunda daşıyacaq.

H qrupunda da iki komanda 1/8 final şansına malikdi. "Yuventus" qələbə, digər oyunda MY-nin xal itirəcəyi halda isə heç-heçə ilə turu adlayacaq. İngiltərə klubu isə qələbə ilə qrupdan çıxa bilər. Amma bunun üçün "Valensiya" da xal itirməlidi.

A qrupunda "Borussiya" və "Atletiko"nu növbəti raunddan 1 xal ayırır. Lakin sonuncular məğlubiyyətlə də istəyinə çatmaq imkanına malikdi. Bunun üçün "Borussiya" uduzmamalıdı.

B qrupunda "Barselona" tur keçdiyindən ikinci vəsiqə üçün mübarizə gedəcək. "Totenhem"in qonağı olacaq "İnter" uduzmasa, adını 1/8 finala yazdıracaq.

Daha sıx turnir cədvəli olan C qrupunda diqqətlər hər iki matça yönələcək. Parisdə PSJ-nin qonağı olacaq "Liverpul" rəqibini yenib, "Srvena Zvezda"nın xal itirməsi ilə vəsiqəni rəsmiləşdirə bilər. "Napoli" də özü qalib gəlməli, "Liverpul" isə uduzmamalıdı.

D qrupunda "Porto"ya 1/8 finala vəsiqə üçün 1 xal kifayətdi. Portuqaliya klubunun məğlubiyyətlə istəyinə çatması üçün "Qalatasaray" xal itirməlidi. "Şalke" də oxşar durumdadı. Almaniya klubu ya özü qalib gəlməlidi, ya da türkiyəlilərin xal itkisinə ümid bağlamalıdı. çətin durumda olan "Qalatasaray" isə şansını qorumaq üçün mütləq qalib gəlməlidi. Heç-heçə istanbulluları Avropa Liqasına aparacaq.

çempionlar Liqası

Qrup mərhələsi, V tur

 

27 noyabr

E qrupu
21:55. AEK (Yunanıstan) – "Ayaks" (Hollandiya)
00:00. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)

 

1.

Bavariya

4

3

1

0

7-1

10

2.

Ayaks

4

2

2

0

6-2

8

3.

Benfika

4

1

1

2

4-6

4

4.

AEK

4

0

0

4

2-10

0

 

F qrupu

00:00. "Lion" (Fransa) – "Mançester Siti" (İngiltərə)

00:00. "Hoffenhaym" (Almaniya) - "Şaxtyor" (Ukrayna)

 

1.

Mançester Siti

4

3

0

1

12-3

9

2.

Lion

4

1

3

0

9-8

6

3.

Hoffenhaym

4

0

3

1

8-9

3

4.

Şaxtyor

4

0

2

2

4-13

2

 

G qrupu

21:55. MOİK (Moskva, Rusiya) – "Viktoriya" (çexiya)

00:00. "Roma" (İtaliya) - "Real" (İspaniya)

 

1.

Roma

4

3

0

1

10-4

9

2.

Real

4

3

0

1

10-2

9

3.

MOİK

4

1

1

2

4-7

4

4.

Viktoriya

4

0

1

3

3-14

1

 

H qrupu

00:00. "Yuventus" (İtaliya) – "Valensiya" (İspaniya)

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə)
 

1.

Yuventus

4

3

0

1

7-2

9

2.

Mançester Yunayted

4

2

1

1

5-2

7

3.

Valensiya

4

1

2

1

4-4

5

4.

Yanq Boyz

4

0

1

3

2-10

1

 

28 noyabr

 

A qrupu

21:55. "Atletiko" (İspaniya) – "Monako" (Fransa)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Brügge" (Belçika)
 


1.

Borussiya

4

3

0

1

8-2

9

2.

Atletiko

4

3

0

1

7-6

9

3.

Brügge

4

1

1

2

6-5

4

4.

Monako

4

0

1

3

2-10

1

 

B qrupu

00:00. "Tottenhem" (İngiltərə) – "İnter" (İtaliya)

00:00. PSV (Hollandiya)  – "Barselona" (İspaniya)

 

1.

Barselona

4

3

1

0

11-3

10

2.

İnter

4

2

1

1

5-5

7

3.

Tottenhem

4

1

1

2

7-9

4

4.

PSV

4

0

1

3

4-10

1

 

C qrupu

00:00. "Napoli" (İtaliya) – "Srvena Zvezda" (Serbiya)

00:00. PSJ (Fransa) - – "Liverpul" (İngiltərə)
 

1.

Liverpul

4

2

0

2

7-5

6

2.

Napoli

4

1

3

0

4-3

6

3.

PSJ

4

1

2

1

11-7

5

4.

Srvena Zvezda

4

1

1

2

3-10

4

 

D qrupu

21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Qalatasaray" (Türkiyə)
00:00.
"Porto" (Portuqaliya) – "Şalke" (Almaniya)

 


1.

Porto

4

3

1

0

9-3

10

2.

Şalke

4

2

2

0

4-1

8

3.

Qalatasaray

4

1

1

2

3-3

4

4.

Lokomotiv

4

0

0

4

1-10

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest