İspaniyanın "Real" klubunun əfsanələri şəxsi əşyalarını hərraca çıxaracaq.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, klubun sabiq futbolçuları və basketbolçuları koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq üçün bu addımı atırlar. Roberto Karlosun butsları, İker Kasilyasın əlcəkləri, Fernando Yerronun forması hərraca çıxarılacaq əşyalar arasında yer alır.
 
Aprelin 24-də "online" şəkildə təşkil olunacaq satışdan əldə edilən gəlir pandemiya ilə mübarizə üçün yaradılmış fonda köçürüləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest