"Borussiya"nın (Dortmund) futbolçusu Aksel Vitsel koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı futbolçu ölkəsindəki xəstəxanalardan birinə 100 min avro yardım edib.
 
Xəstəxanadan verilən açıqlamada, futbolçunun tibbi ləvazimatlar almaq üçün yardım etdiyi bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest