"Milan" klubunun formasını geyinən "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç "Instagram"da azarkeşlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, 33 yaşlı qolkiper xüsusi proqram vasitəsi ilə komanda ilə birlikdə məşq etdiklərini bildirib:

"Bacardığım qədər qaçır və idman salonunda məşq etməyə çalışıram. Yaşıl meydanlara qayıdanda tam hazır olmalıyam".

Beqoviç dünyada 5 ən yaxşı qapıçının da adlarını açıqlayıb: "Bu siyahıya Mark-Andre ter Şteqen ("Barselona", İspaniya), Tibo Kurtua ("Real Madrid", İspaniya), Canluici Donnaruma ("Milan", İtaliya), Yan Oblak ("Atletiko", İspaniya) və Manuel Noyeri ("Bavariya", Almaniya) daxil edərdim".

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus Bosniya və Herseqovina yığmasının üzvü mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest