UEFA Gənclər Liqasının II mərhələsində "Qəbələ" ilə "Herta" arasında keçiriləcək cavab görüşünün hakimləri açıqlanıb. Matç.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlində baş tutacaq qarşılaşmada macarıstanlı hakimlər briqadası ədaləti qoruyacaq.
Noyabrın 28-də "Vurfplats" stadionunda keçiriləcək görüşü Ferenç Karako idarə edəcək. Ona həmyerliləri Tibor Ksatari və Norbert Bornemissa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə almaniyalı Lasse Koslovski yerinə yetirəcək.
Qeyd edək ki, "Herta" – "Qəbələ" oyunu Bakı vaxtı ilə 16:00-da start götürəcək. Bu komandalar arasında Qəbələdə keçirilən ilk görüşdə almanlar 3:1 hesablı qələbə qazanıblar.