Koronavirus pandemiyası səbəbindən bir sıra futbolçuların dəyəri azalıb. Matc.az "transfermartk"a istinadən xəbər verir ki, epidemiyanın təsiri millimizin oyunçularından da yan keçməyib.

Dünyanın ən nüfuzlu idman saytının yenilən siyahısında Azərbaycan yığmasının 5 üzvü – Dmitri Nazarov, Emil Balayev, Ramil Şeydayev, Mahir Emreli və Emin Mahmudovun qiymətində azalma qeydə alınıb. Mövsümün ikinci yarısında "Zirə"yə transfer olunan Balayevin dəyəri 1,2 milyondan  950 min avroya düşüb.

ötən mövsüm Rusiyada çıxış edən Şeydayevin də qiymətində eniş olub. "Sabah"ın hücumçusu 1,2 milyondan 725 min avroya geriləyib. II Bundesiqa təmsilçisi "Ersgebirge"nin üzvü Dmitri Nazarovun qiyməti isə 475 min təyin edilib. Millimizin futbolçusu ötən ilin sonunda 700 min avro olaraq göstərilirdi.

"Qarabağ"ın yarımmüdafiəçisi Mahir Emreli də koronavirus pandemiyasından zərər görənlərdən olub. 22 yaşlı oyunçuya yenilənən siyahıda 950 min avro qiymət qoyulub. Emrelinin daha öncəki dəyəri 1,2 milyon idi. "Neftçi"nin kapitanı Emin Mahmudov qiymətində isə 200 min azalma olub. Millimizin üzvü hazırda 800 min avro dəyərində göstərilir.

                                                                                                                               

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest