İtaliyanın "Napoli" klubunun hücumçusu Lorenso İnsinye tanınmış futbol meneceri Mino Rayola ilə əməkdaşlığa son qoyub.
 
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
 
Xəbərdə İnsinyenin karyerasının sonuna kimi Neapol təmsilçisində qalmaq arzusunda olduğu diqqətə çatdırılıb. Bu isə Rayolanın istəyinə uyğun olmadığından, tərəflər ayrılmağa qərar veriblər.
 
Nəşrin iddiasına görə, İnsinye bundan sonra Vinçentso Pisakane ilə əməkdaşlıq edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest