Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyası ilə bağlı yeni iddia ortaya çıxıb. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, çempionat may ayının sonlarında bərpa oluna bilər. 
 
May ayının əvvəllərindən futbolçuların kiçik qruplara ayrılaraq, məşq etmələrinə icazə veriləcək. Klublar futbolçuların sağlamlığından əmin olmaq üçün aprelin sonunda onları sağlamlıq testindən keçirəcək. Mayın 31-də isə çempionat yenidən başlayacaq.
 
Oyunların üç gündən bir keçiriləcəyi və turnirin iyulun 12-də yekunlaşacağı bildirilir.
 
Digər bir iddiaya görə, İtaliya hökuməti ölkədəki futbol yarışları ilə bağlı yeni qərar verməyə hazırlaşır. Məlumata görə, İtaliya dövləti koronavirus pandemiyası ilə bağlı olaraq, 2021-ci ilin yanvarınadək bütün oyunların azarkeşsiz keçirilməsi barədə qərar qəbul edəcək.
 
Pandemiya səbəbiylə A Seriyası da daxil olmaqla, əksər çempionatlar təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest