Belçikanın "Anderlext" klubu koronavirus pandemiyası səbəbiylə dayandırılan məşqlərini bərpa edir.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən komanda aprelin 13-dən etibarən bir araya gələcək. Futbolçuların könüllü olaraq məşq etmək istədikləri bildirilib.
 
Pandemiya səbəbiylə dayandırılan Belçika çempionatında 29 tur oynanılıb. "Anderlext"lə yanaşı, bu ölkənin digər klublarından "Genk" də pandemiyaya rəğmən, məşqləri bərpa edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest