Futzal üzrə Yüksək Liqada XI turun təyinatları müəyyənləşib. Matç.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, noyabrın 28-də turun iki görüşü oynanılacaq.
Bakı İdman Sarayında əvvəlcə "Yasamal" İSK ilə EKOL, ardından isə "Liman"la "Araz" üz-üzə gələcək. Bu oyunları müvafiq olaraq Rahin Heybətov və Elçin Səmədli idarə edəcək.
Yüksək Liqa
XI tur
28 noyabr
12:30. Yasamal İSK – EKOL
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Kənan Məlikov
Hakim-inspektor: Şahin Cəfərov
14:30. Liman – Araz
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Mehman Mahmudov
Hakim-inspektor: Murad Məmmədov
Qeyd: "Xəzər Cənub" – "Yasamal" FK oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.