"İnter" hücumçusu Mauro İkardinin taleyinə aydınlıq gətirə bilmir. Matc.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Xaver Zanetti açıqlama verib:

"İkardinin geri dönəcəyini bilmirəm. Transfer məsələsini hələ müzakirə etməmişik. İndi əsas mövzu sağlamlıqdır. Hər şey normala dönsün, bundan sonra düşünmək imkanımız olacaq".

Xatırladaq ki, argentinalı cari mövsümü icarə əsasında PSJ-də keçirib. Ancaq Fransa klubu hücumçunu almaqdan imtina edib. Daha öncə İkardi özü də "İnter"ə qayıdacağını açıqlamışdı.

Qeyd edək ki, hücumçu cari mövsümdə PSJ-də 31 oyun keçirib və 20 qol vurub.       

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest