"Yuventus" "Borussiya"nın hücumçusu Erlinq Holandı heyətinə cəlb etmək niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Turin təmsilçisi gələn mövsüm hücum xəttini gücləndirmək istəyir. Transfer siyahısında norveçli forvard da var. Klub rəhbərliyi Holandın komandaya keçidi barədə müzakirələr edir.

Qeyd edək ki, 19 yaşlı futbolçu ilə "Real" da maraqlanır. Madrid təmsilçisi daha öncə Dortmund klubuna Luka Yoviç və bir miqdar pul təklif etsə də, "sarı-qaralar" bununla razılaşmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest