Koronavirus üzündən dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib.

Matc.az xəbər verir ki, Bakıda keçirilən turnirdə İcraiyyə Komitəsi yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyini bildirib. Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək.

Qeyd edək ki, Dünya Kuboku martın 13-də koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 - 15 mart.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest