“Real” “Borussiya”nın forvardı Erlinq Holandı transfer etmək istəyir. Matc.az xəbər verir ki, klub prezidenti Florentino Peres norveçli futbolçunu komandada görmək niyyətindədir.

Məlumata görə, rəhbərlik Holandı Luka Yoviçlə dəyişmək və üstündə bir miqdar pul verməyi planlaşdırır. Madrid klubunun norveçlini birbaşa transfer etməyə gücü çatmır. Ancaq Dortmund təmsilçisi bu təkliflə razılaşmır. “Sarı-qaralar” oyunçunu satmağı düşünmədiklərini bildirirlər. "Real" isə 19 yaşlı hücumçunu almaqda israrlıdır. Tərəflər arasında danışıqların davam etdiyi qeyd edilib.

Qeyd edək ki, Holand Bundesliqada 8 oyuna 9 qol vurub.   

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest