İngiltərənin "çelsi" klubu mövsümün sonunda heyətində bəzi dəyişikliklər etməyi planlaşdırır. Matc.az xəbər verir ki, London təmsilçisi tərk edəcəyi gözlənilən futbolçulardan biri Nqolo Kantedir.

Oyunçu "Real" və PSJ-nin maraq dairəsindədir.  Fransalının klubla müqaviləsi 2023-cü ilə qədərdir. Ancaq "çelsi" rəhbərliyi Kante üçün yaxşı bir təklif gəlsə, onu satmağa hazırdır.

Qeyd edək ki, London təmsilçisi Kanteni 2016-cı ildə "Lester"dən 35,8 milyon avroya transfer edib. Nqolo cari mövsümdə 22 oyunda 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest