FİFA mövsüm sonu müqaviləsi bitən oyunçuların çempionat tamamlanana qədər komandalarında qalacağını bildirib.

Matc.az xəbər verir ki, qrum belə bir açıqlama versə də, İngiltərənin idman hüquqçularından biri Nik De Marko bunun Premyer Liqaya aid olmadığını vurğulayıb.

“Sky Sports”a danışan hüquqşunas bu qərarı futbolçulara şamil edə bilməyəcəklərini açıqlayıb: “Oyunçuları buna məcbur edə bilməzsiniz. FİFA belə bunu bacarmaz. Onlar müqaviləsi bitəndə klubdan ayrıla bilər. Bunu yalnız qarşılıqlı razılaşma ilə həyata keçirə bilərsiniz. Əks halda İngiltərədə belə bir qayda yoxdur”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest