"Kiprdə olanda "Olimpiakos” maaşımı vermirdi. FİFA-ya şikayət edib azad agent statusu aldım"

"Bakı"nın sabiq futbolçusu Mario Martines Rubio İspaniyada "Marca" nəşrinə müsahibə verib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan karyerasının qısa alınmasının səbəbini açıqlayıb: 

"Kiprdə olanda "Olimpiakos” maaşımı vermirdi. FİFA-ya şikayət edib azad agent statusu aldım. Sonra Azərbaycana yollandım. "Bakı"da mövsümün ilk yarısı yaxşı keçdi, problem yox idi. Ancaq ikinci yarıda tam tərsi oldu. Problemlər artdı. Pulumu vermədilər, ardından isə komanda dağıldı. Daha sonra Kolumbiyada da eyni problemlər oldu, çətin dönəmlərdən keçdim".

Qeyd edək ki, Mario Martines Rubio 2013-2014 mövsümündə "Bakı"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest