Türkiyə I Liqa təmsilçisi “Boluspor”da çıxış edən Orlando Moskera Azərbaycan klubundan təklif alıb. Matc.az xəbər verir ki, bu barədə “Ajanspor” məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı qapıçı bir neçə klubun maraq dairəsindir. Məsələ ilə bağlı açıqlama verən oyunçunun agenti Tekin Birinci Moskeraya Azərbaycandan da təklif olduğunu açıqlayıb:

“Bizə bəzi komandalardan müraciətlər gəlir. Futbolçunun “Boluspor”la bir illk müqaviləsi var. Orlando üçün Azərbaycanın böyük klublarının birindən təklif almışdıq. Ancaq onlara indiki vəziyyətdə futboldan danışa bilməyəcəyimizi söylədim”.

Qeyd edək ki, Panamalı qolkiper Bolu təmsilçisinə yanvarda gəlib. O, 10 oyunda qapısında 11 qol görüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest